13 Avqust 2015 14:11
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadə 5 illik fəaliyyəti dövründə seçiciləri ilə 200-dən çox görüş keçirib.

Teleqraf.com xəbər verir ki, seçki dairəsində yerləşən 42 kəndi əhatə edən bu görüşlər zamanı seçiciləri narahat edən problemlər dinlənilib, onların həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, millət vəkilinin səlahiyyəti çərçivəsində həll olunması mümkün olanlar həll olunub və ya aidiyyatı qurumlara ünvanlandırılıb.

Deputat 5 il ərzində İmişli və Beyləqan RİH-in keçirdiyi mədəni-kütləvi tədbirlər də daxil olmaqla rayonların ərazisində yeni tikililərin, məktəblərin və yolların açılış mərasimlərində rayon icra hakimiyyətinin başçıları ilə birlikdə rayon sakinlərinin sevincini bölüşüb.

Millət vəkili tərəfindən 5 il ərzində 312 nəfər vətəndaş fərdi olaraq parlamentdə, 1300-dən çox seçici isə dairə ərazisində qəbul edilib. Həmçinin 5 il ərzində vətəndaşlar tərəfindən 698 ərizə daxil olub ki, onların da 680-i baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib. Baxılması üçün dövlət orqanlarına göndərilən məktubların əksəriyyətinə cavab məktubu alınıb və qaldırılmış məsələlər müsbət həll edilib.

Ç.Qənizadə ona ünvanlanan məktub və müraciətlərə, aidiyyatı seçki dairəsindən olmasalar da belə, xüsusi diqqətlə yanaşıb, səlahiyyətləri çərçivəsində ərizəçilərin problemlərinin müsbət həllinə çalışıb. Məhz bunun nəticəsidir ki, vətəndaşların qəbul üçün ən çox müraciət etdikləri millət vəkillərindən biri də Çingiz Qənizadədir.

Parlamentdə hökumətin illik hesabatları zamanı İmişli və Beyləqan rayonlarında mövcud olan problemləri qaldırıb və hökumət rəhbərlərindən bu problemlərin həllinə köməklik göstərilməsini xahiş edib.

2013-cü ilin oktyabr ayında keçirilmiş Azərbaycan Respublikası Prezident seçkiləri ərəfəsində 20 gün müddətində seçki dairəsini əhatə edən 42 kəndin hər birində ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə ölkə başçısının uğurlu daxili və xarici siyasəti barədə seçicilərinə ətraflı məlumat verib, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən danışıb.

Mətbuatda və televiziyalarda müxtəlif ictimai-siyasi mövzuları əhatə edən fikirləri ilə bağlı və həmçinin Milli Məclis tərəfindən qəbul edilmiş qanunların şərhi və izahına dair çoxsaylı müsahibələr vermiş, çıxışlar edib.

İctimai-siyasi fəaliyyəti ilə yanaşı, parlamentdə də aktiv deputatlardan olan Çingiz Qənizadə Milli Məclisin plenar və komitə iclaslarını (xarici səfərlərlə bağlı 5 ildə cəmi 2 iclas istisna olmaqla) bir dəfə də olsun buraxmayıb, müzakirə edilən qanunlar ətrafında dəfələrlə çıxışlar edib.

Ç.Qənizadə 14.02.2012 tarixində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR-nın Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Qanunvericilik subyekti kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində;

“Qeyri-Hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda;

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda;

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş əlavə və dəyişikliklərin müəllifidir.

Hazırda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıqla bağlı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Soyuq silahın şəxsin üzərində gəzdirməsi ilə bağlı əlavə və dəyişikliklər üzərində işləyir.

Millət vəkili Çingiz Qənizadə Yeni Zelandiya Parlamentlərarası Döstluq Qrupunun sədri, Danimarka, Finlandiya, İordaniya, Portuqaliya və Yunanıstanın Parlamentlərarası İşçi Qrupunun üzvüdür.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan nümayəndə heyətinin və TÜRKPA-nın Hüquq komissiyasının üzvüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 oktyabr 2014-cü ildə yaradılan İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzvüdür.

Cənab Prezidentin 22 dekabr 2014-cü il tarixli sərəncamına əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü təyin edilib.

Çingiz Qənizadə həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatorudur (2013-2015).

GOPAC – Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının 2013-cü ildən Azərbaycan Parlamenti nümayəndə heyətinin üzvüdür.

Çingiz Qənizadə 2004-cü ildən Hüquq üzrə fəlsəfə doktorudur.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər