24 Avqust 2015 14:45
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının növbəti iclası keçirilib.

MSŞA-dan Teleqraf.com-a verilən məlumata görə, iclasda şuranın keçən iclasının qərarına uyğun olaraq Sabit Bağırov və Azər Mehtiyev tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatına Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Rəyi"ni Şura üzvlərinə təqdim ediblər. Rəy barədə şuraya məlumat verən Azər Mehtiyev bildirib ki, MSŞA QHT Koalisiyasının ekspertləri Azərbaycanın 2013-cü il üzrə MHŞT Hesabatını dərindən öyrənməklə, hesabatın məzmunu və strukturunu MHŞT standartının tələbləri ilə tutuşduraraq qiymətləndirməklə və zəruri təhlil və araşdırmalar aparmaqla hesabata rəy hazırlayıblar. Hazırlanan rəy şura üzvləri tərəfindən bəyənilərək qəbul olunub.

Daha sonra Koalisiyanın koordinatoru Əliməmməd Nuriyev koalisiyanın QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən «Mədən sənayesində şəffaflığın artırılmasına ictimai dəstək» layihəsinin icrası ilə bağlı keçən iclasın qərarına əsasən, daxili müsabiqə elanına müraciət edən iddiaçılarla bağlı məlumat verib. Onun sözlərinə görə, müsabiqə elanı koalisiyanın qrupunda da yayılıb və 15 gün müddətində cəmi 4 nəfərdən müraciət daxil olub. Sonda müzakirə edilərək şuranın qərarı ilə fəaliyyət istiqamətləri üzrə iki rayonda (Salyan və Siyəzən) “MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi” mövzularının əhatə edən ictimai müzakirənin keçirilməsində tədbirin təşkili üzrə Şaban Nəsirov, məruzəçi kimi isə Mehriban Vəzir, digər fəaliyyət üzrə universitetlərin birində “MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi” mövzularının əhatə edən seminarın keçirilməsinin təşkilatçısı kimi Xalid Kazımov, 3 Regional TV üçün xüsusi dəyirmi masanın çəkilməsi və göstərilməsinin təşkili Sevil Allahverdiyeva, məruzəçi kimi isə Mehriban Vəzir təsdiqlənib.

Koordinator, həmçinin cari məsələlərdə Qubad İbadoğlunun şəbəkəyə müraciətini müzakirəyə çıxarıb. Bildirilib ki, Q.İbadoğlu şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu nəzərə alaraq şura iclasında əsasnaməyə və seçkilərin nəticələrinə müvafiq sürətdə hər 2 seçkili orqanlarda təmsilçiliyinin digər koalisiya üzvləri ilə əvəzlənməsinə dair müraciət edib. Şura üzvləri müraciətlə tanış olduqdan sonra bu seçkili orqanlardan onun istefasını qəbul ediblər. Qərara alınıb ki, əsasnaməyə uyğun olaraq şura üzvlüyünə və Çoxtərəfli Qrupa keçirilən seçkilərin nəticələrinə əsasən, daha çox səs toplayan namizədlər seçkili orqanlarda boşalan yerləri tutsunlar. Seçkilərin nəticəsinə uyğun olaraq qarşıdakı aylarda koalisiya şurasında Nicat Dağlar, Çoxtərəfli Qrupda isə İlqar Hüseynli təmsil olunacaq.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər