Azərbaycanda noyabrın 1-ə təyin edilmiş seçkilərdə təhlükəsizlik tam təmin ediləcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komisisyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahovun sözlərinə görə, hüquq-mühafizə oraqnları seçki prosesinin sıxlıq olmadan həyata keçirilməsinə nəzarət edəcək: “Bizim də tələbimiz ondan ibarətdir ki, hər kəs qaunvericiliyin tələblərini yerinə yetirsin”.
O, əlavə edib ki, seçki bülletenlərinin çapı sabah başa çatır: "Seçki bülletenləri oktyabrın 22-dən başlayaraq seçki dairələrinə paylanılacaq".
MSK sədri bildirib ki, yerlərdə bülletenlərin saxlanılması
üçün problem yoxdur: “Bülletenlər səsvermə gününə qədər seçki məntəqələrinə paylanılmalıdır”.