6 Fevral 2016 20:27
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Demokratiya və Rifah Hərəkatına virtual zərbə endirib.

Bu haqda ADR Hərəkatının fəalları məlumat yayıblar. Məlumatdan belə anlaşılır ki, məhz Müsavat fəallarının səyi nəticəsində ADR Hərəkatının Feysbukda yaradılan səhifəsi qapadılıb. Bu barədə ADR Hərəkatının üzvü Vüsal İsayev məlumat yayıb: “Azərbaycan Demokratiya və Rifah (ADR) Hərakatı qrupunu şikayət edib bağladıblar. Belə ucuz davranışlarla hara gedəcəksiniz ki? Sizin mübarizəniz də özünüz kimi ucuzdur”.

ADR Hərəkatı rəhbərliyində təmsil olunan Ellada Məmmədli, Hüseyn Məlik, Qubad İbadoğlu, Rövşən Dəmirli və digərləri bu statusu dəstəkləyib. Beləliklə, hazırda rifahçılarla müsavatçılar arasında həm virtual, həm də real mübarizə gedir. Sonda hansı tərəfin qalib gələcəyini isə indidən söyləmək doğru olmazdı.

Cavidan


Müəllif:

Oxşar xəbərlər