Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov Göyçay rayonunda, Yeni Azərbaycan Partiyası (YAP)Göyçay rayon təşkilatının qərargahında növbəti dəfə sakinləri qəbul edib.
Teleqraf.com xəbər verir ki, hər ay mütəmadi olaraq vətəndaşları qəbul edən millət vəkili onların təklif və şikayətlərini dinləyib. Bir çox məsələlər yerindəcə həll edilib. Bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.
Xatırladaq ki, görüşdən sonra sakinlər məmnunluq ifadə ediblər.