2 Mart 2016 23:06
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Natiq Cəfərli sosial şəbəkədə AXCP sədri Əli Kərimliyə yaxın insanların total əks-təbliğatına məruz qalıb. Bu haqda Natiq Cəfərli özünün feysbuk səhifəsində yazıb.

Natiq Cəfərli: “Bu gün yazdığım fikirlər, status bir çoxlarında qıcıq yaratdı, haqqımda yaramaz sözlər yazıldı, olsun, biz demokratiyaya, azad sözə, tənqidə inananlarıq, bizim dəyərimiz budur. Zamanınızı bir qədər çox alacağam, bir neçə foto-şərh yerləşdirəcəm, lütfən, hamısına bir-bir baxın, özünüz qiymət verin. Ölkədə güya, demokratiya istəyənlər məndən fikirlərimi silməyi tələb edirlər, hətta hədə-qorxu gəlirlər, hökumətə işləməkdə suçlayırlar – beləliklə də öz iç üzlərini, səviyyələrini göstərirlər. Bu insanların demokratiyanın “D” hərfindən xəbərləri yoxdur, səviyyələri də şərhlərindən bəllidir. Lütfən, özünüz qiymət verin, əslində, mən bunu yazmaq istəmirdim, sadəcə, həmin qrup öz səs-küyü, təhqiri ilə hamının onlardan yan gəzməsini təmin edib, bu mifi sındırmaq lazımdır. Ölkədə hökuməti tənqid etmək olarmış, bəzilərini yox! Dəhşətli mənzərədir, bu günə qədər “Niyə xalq müxalifətə inanmır?” sualının cavabını da burada tapa bilərsiniz. Qısa olaraq onu deyim ki, çox hörmət etdiyim Əli bəy Kərimli şərhsiz (bir daha qeyd edirəm, şərhsiz) bir foto paylaşmışdı, o foto xeyli paylaşma gördü, mən də məsələnin məğzi haqqında status yazdım, bu statusdan sonra dəyərli Əli bəy öz yazdığına düzəliş etdi, sonra başlandı, özünüz izləyin, bir film kimi, yəni…”.

Natiq Cəfərli ona yazılan şərhlərin foto şəkillərini paylaşıb. Teleqraf.com həmin fotoları təqdim edir:

12798887_10207655537200155_2116355861887006930_n

12805962_10207655549840471_6570586588666674988_n

12800224_10207655552560539_93474135072121639_n


Müəllif:

Oxşar xəbərlər