10 Mart 2016 19:12
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı şəhərində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. IV Qlobal Bakı Forumu olduqca samballı tədbirdir. Adından da göründüyü kimi qlobal xarakter daşıyan forum həm də Azərbaycanın dünyadakı gücünü göstərir".

Bunu millət vəkili, professor Musa Qasımlı Bakıda keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyəti barədə Teleqraf.com-a danışarkən bildirib.

Qeyd edək ki, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu keçiriləcək. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan Prezidentləri iştirak edəcək. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

M.Qasımlı hesab edir ki, Bakıda keçirilən qlobal forumlar xalqımızın, ölkəmizin tolerantlığının, multikultural dəyərlərə sahib çıxmasının göstəricisidir: "Forum həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Forumda çıxış edən ölkə prezidentləri, siyasi xadimlər svilizasiyaların toqquşması barədə dəyərli fikirlər səsləndiriblər. Bu gün Avropada böhran yaşanır, müsəlmanlara, başqa millətlərdən olanlara qarşı fərqli mövqe sərgilənir. Bir sözlə, mədəniyyətlər Avropada toqquşur. Birqütblü dünya bir sıra hallarda cəmiyyətlərə, dövlətlətərə problemlər yaradır. MDB ölkələrinin prezidentləri, digər siyasi xadimlər çıxışlarında dövlətlərin ərazi bütövlüyü məsələsini xüsusilə vurğuladılar. Azərbaycanla yanaşı Gürcüstan və Ukraynanın da ərazi bütövlüyü pozulub, digər MDB ölkələri də separatizmdən əziyyət çəkirlər. Azərbaycan prezidenti İlham Əliyev forumdakı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, BMT-in işğal altındakı torpaqların azad edilməsilə bağlı 4 qətnamə qəbul etdiyini, amma icra edilmədiyini vurğulayıb. Azərbaycanın dövlət başçısı çıxışında dünyaya çox ciddi mesajlar göndərdi. Bildirdi ki, digər ölkələrlə bağlə qəbul edilən qətnamələr dərhal icra edildiyi halda, Azərbaycana gələndə məsələ yubanır. Düşünürəm ki, Azərbaycana qarşı bu ədalətsiz yanaşma dərhal aradan qaldırılmalıdır".

M.Qasımlı bildirdi ki, IV Qlobal Bakı Forumunda səslənən fikirlər, irəli sürülən təkliflər bundan sonra ciddi müzakirələrə səbəb olacaq.

Ayxan


Müəllif:

Oxşar xəbərlər