17 Mart 2016 15:15
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan cəmiyyətindəki problemlər mediamıza da təsir göstərib. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu məsələləri nəzarətdə saxlayır. Biz mediamızı heç vaxt çətin vəziyyətdə qoymayacağıq”.


Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİVDF-nin jurnalistləri mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bundan sonra da mediaya dövlət qayğısı göstəriləcək.

Ə. Həsənov qeyd edib ki, jurnalistlərimiz ölkədəki həm neqativ halları, həm də yaxşı nümunələri qələmə almalıdır: “Yaxşı nümunələri çox olan cəmiyyət həmişə yüksək əhval-ruhiyyə içində olur. Jurnalistlərimiz də yaxşı nümunələri qələmə alıb cəmiyyətə təqdim etməlidir. Bütün insanlar problemlərin həllini dövlətdən gözləyir. Dövlət də hər şeyi diqqətdə saxlayır. Prezident İlham Əliyev daim Azərbaycan xalqının rifahı üçün çalışıb”.

Ə. Həsənov bildirib ki, dövlət başçısı jurnalistləri də daim diqqətdə saxlayır: "Bu siyasət ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir”.

Prezidentin köməkçisi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.


Müəllif:

Oxşar xəbərlər