21 Mart 2016 13:05
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirilib".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçi missiyasının başçısı və Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək bildirib.

Onun sözlərinə görə, Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçi missiyası martın 20-də Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar - maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirib.

Seçki günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olub və seçki bülletenlərinin hesablanma prosesini izləyib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər