Müsavat Partiyasının üzvündən İsa Qmbərə ciddi tənqid və ittihamlar irəli sürülür. Teleqraf.com xəbər verir ki, bu haqda Müsavatın Suraxanı rayon təşkilatının üzvü Rahib Mirələmov Feysbuk səhifəsində yazıb.
Teleqraf.com xəbər verir ki, hazırda ADR Hərəkatında təmsil olunan Mirələmov foto paylaşaraq bəyan edib ki, burada Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvləri 2003-cü ildə Ağır Cinayətlər Məhkəməsinin qarşısında həyəcanla onlara oxunacaq hökmü gözləyirdilər: “Digər şəkil isə Müsavatın deputat olmuş İkram İsrafilin oğlunun toy mərasimində çəkilib. YAP-dan olan deputat Aydın Mirzəzadə də bu toyun iştirakçısı olub.
Ən ağrıdıcı məqam odur ki, Müsavat rəhbərliyi vaxtı ilə bu partiyanın üzvü olan və həbsdə yatan Nüdrət Kazımovun onların siyasətini tənqid etdiyinə görə hüzr mərasiminə qatılmağa lüzum görmür. Çünki o, artıq bu dünyada yoxdur, çünki o, qurultayda Qubad İbadoğlunu dəstəkləyib”.
Müsavatın üzvü olan Yavər Şirinxub isə bəyan edib ki, bir zamanlar İsa Qəmbər üçün canını qurban verməyə hazır idi:
“2003-cü ildə həbsxanaya düşməyimə görə təəssüf etmirəm. Bu bizim yolumuzdur. Lakin bu yaxınlarda 19 yaçlı nəvəm və qardaşım rəhmətə getdi. İsa Qəmbər adi bir başsağlığını da mənə çox gördü. Səbəb odur ki, son illər partiyada baş verən proseslərə tənqqidi yanaşıram.
İsa Qəmbərin qurultaydan sonra hadisələrə verdiyi reaksiyanı indi də qanedici saymıram. Tənqidə bu dərəcədə dözümsüzlük İsa Qəmbərə yaraşmır”.
Cavidan