15 Aprel 2016 14:37
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib. MSK-nın tərkibinə yeni üzvlərlə yanaşı, 4 nəfər əvəzedici üzv də seçilib. Milli Məclisdə azlıq təşkil edən partiyaların əvəzedici heyətinə bir nəfər - BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı təsdiqlənib.

Bununla bağlı Teleqraf.com-a acıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, qanunvericliyə görə, Milli Məclisdə çoxluq təşkil edən (Yeni Azərbaycan Partiyası), heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, o cümlədən azlıq təşkil edən partiyalar MSK üzvlüyünə namizədlərini təqdim edir və bunlarla yanaşı, 4 nəfər də əvezedivi heyət seçilir:

”Öncə mənə bu etimadı göstərən şəxslərə və hörmətli millət vəkilərinə mənə səs verdiklərinə görə təşəkkürümü bildirirəm. Çalışacam ki, göstərilən etimadı doğruldum”.


Müəllif:

Oxşar xəbərlər