21 Aprel 2016 13:34
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqları ən vacib prioritet istiqmətlərdən biri kimi ölkədə həyata keçirilən siyasətin aparıcı sahələrindən sayılır. Heç təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə öncə elə insan hüquqları, uşaq hüquqları ilə bağlı addımların atılmasına başlanıldı”.

Bunu parlamentdə keçirilən dəyirmi masada vitse-spiker Bahar Muradova deyib. Teleqraf.com-un xəbərinə görə, B. Muradova xatırladıb ki, Azərbaycan dövləti, ali qanunverci orqan olan Milli Məclis insan, eləcə də, uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində böyük uğurlara nail olub: “Ölkəmiz bu yöndə beynəlxalq sazişlərə və konvensiyalara qoşulub, eyni zamanda, özünün milli qanunvericiliyini yaradıb, onu təkmilləşdirib”.

Azərbaycanda bütün qanunların qəbul edilməzdən öncə ciddi ekspertizadan keçirildiyini deyən B. Muradova məhz bunun sayəsində də mükəmməl qanunvericilik bazasına nail olunduğunu sözlərinə əlavə edib.

Azərbaycanda insan hüquqlarının, o cümlədən, uşaq huquqlarının vəziyyəti ilə bağlı ortaya qoyulan hesabatları mütəmadi olaraq izlədiklərini deyən B. Muradova onların diqqətlə öyrənildiyini, nəzərdən keçirildiyini və tənqidi məqamlardan məqbul sayılanların nəzərə alındığını da vurğulayıb.

Vitse-spiker çıxışında UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə uğurlu əməkdaşlığa nail olunduğunu vurğulayarqa bildirib ki, uşaq hüquqlarının təmin edilməsi istiqmətində bu qurumla bundan sonra da geniş əməkdaşlıq, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Cavad


Müəllif: