6 May 2016 16:20
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlqar Məmmədova etimad ola bilməz. Çünki İlqar Məmmədovu həmin ərazidə 3-5 nəfər tanımır. Əgər tanımırsa, necə etimad ola bilər? Ümumiyyətlə, İlqar Məmmədovu Azərbaycan cəmiyyətində tanıyan adam çox deyil. Sadəcə onu 5-10 nəfər xaricdə tanıyanlar var. Bir sözlə, real məkanda İlqar Məmmədov faktoru yoxdur. Bu faktor ancaq internetdə, virtual məkandadır”.

Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov REAL sədri İlqar Məmmədovun namizədliyinin MSK tərəfindən ləğv edilməsi, əgər ləğv edilməzdisə, 90 saylı seçki dairəsində təkrar seçkilər zamanı əsas rəqabətin YAP namizədi ilə İlqar Məmmədov arasında gedəcəyi haqda mülahizələri şərh edərkən deyib.

Hakim partiyanın nümayəndəsi xatırladıb ki, Ağdaşda YAP-ın 16 min üzvü var, hakim partiya bu dairədən seçkiyə qatılmaq qərarı veribsə və irəli sürdüyü namizəd uzun illər rayonda çalışan şəxsdirsə, deməli İlqar Məmmədovla bu namizəd müqayisəyə belə gəlməz: “İkinci tərəfdən, İlqar Məmmədovun üzərində cinayət məsuliyyəti var. Bu cinayət məsuliyyəti götürülməyənə qədər Seçki Məcəlləsinə uyğun olaraq bu şəxs qeydiyyatdan keçə bilməz. Burada hər hansı siyasi məsələ qəti şəkildə yoxdur. Kim istəyirsə, o dairədən namizədliyini irəli sürsün”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər