30 May 2016 13:30
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycandakı rus icması sakitlik və rifah adasıdır”

Bunu jurnalistlərə Azərbaycandakı Rusiya həmvətənləri ictimai təşkilatların konfransında iştirak etmiş Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif xalq və millətlərin ənənə və mədəniyyətlərinin qorunması üzrə iş aparılır.

Səfir qeyd edib ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq rus icması və diasporunun vəziyyəti bizi ayırmır, əksinə birləşdirir: "Burada həmvətənlərimizin siyasi hüquqları uğrunda mübarizə aparmağa, onların problemlərinin həll edilməsi, rus dilində tədrisin aparılması üçün çalışmağımıza gərək yoxdur. Bütün bunlar burada ən yüksək səviyyədə həll olunur". (“Trend”)


Müəllif: