3 İyun 2016 12:54
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Almaniya Bundestaqı saxta “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Sənəddə 1915-ci ildə Osmanlı imperiyasının ermənilərə qarşı “soyqırımı” aktı törətdiyi bəyan edilir.

Ancaq iş ondadır ki, Almaniya hələlik saxta “erməni soyqırımı”nı qəbul edən sonuncu ölkədir. Bu prosesin davam etməyəcəyi, digər ölkələrin siyasi konyunkturadan çıxış edərək analoji addımı atmayacağını iddia etmək yanlış olardı.

Teleqraf.com xəbər verir ki, indiyə qədər bir neçə dövlət saxta erməni genosidini tanıyıb. Müşahidələr göstərir ki, saxta genosidi qəbul edən ölkələrdə yalnız erməni diasporası güclü deyil, bu dövlətlər həm də Türkiyəyə qarşı təzyiq rıçaqlarını genişləndirmək üçün bu addımı atırlar.

Saxta genosidi qəbul edən ölkələrdən biri Uruqvaydır. Bu dövlətdə vur-tut 19 min erməni yaşayır.

Kipr Respublikası tarixən ermənilərlə yaxın olub və “soyqırımı” qəbul edən ilk ölkələrdən hesab olunur. Kiprdə 2 min erməni yaşayır.

Rusiya Federasiyası da saxta “soyqırımı”nı qəbul etmiş dövlətdir. Bu ölkənin ərazisində ermənilərin sayı digər dövlətlərlə müqayisədə çoxdur, rəqəmlərdə hətta 1 milyon göstərilir.

Saxta “soyqırım”ı qəbul etmiş Kanadada isə vur-tut 50 min erməni yaşayır.

Livan da saxta genosidi qəbul etmiş dövlətlərdən biridir və burada 170 min erməni daimi yaşayır.

Belçikada isə 5 min erməninin vətəndaşlıq hüququ var və bu ölkə də saxta “soyqırımı” qəbul edib.

Fransa Respublikasının ermənilərə olan sevgisinin qədim tarixi var. Statistikaya görə, Fransada 450 min erməni yaşayır və güclü diasporaya malikdirlər. Fransa bir neçə il əvvəl “soyqırımı” qanun layihəsi əsasında tanıyıb.

Yunanıstanın da ermənilərlə yaxşı münasibəti var. Yunanıstan həmçinin Türkiyə ilə düşmən münasibətdədir. Səbəb isə Levkoşada türklərin soyqırıma məruz qalması, Türkiyə ordusunun türkləri qurtarmaq məqsədilə adaya ordu yeritməsi olub. Bu ölkə hazırda ciddi iqtisadi böhran keçirsə və Türkiyəyə ehtiyacı olsa da, ermənipərəst mövqedən heç vaxt imtina etmir. Yunanıstan saxta genosidi tanıyan və dünya çapında digər ölkələrin də bunu tanıması üçün hər cür dəstək ifadə edən ölkədir.

Bu gün dünyada sülh və əmin-amanlıq, multikultural dəyərlər təbliğ edən Vatikan da erməni genosidini tanıyıb. Həmçinin Vatikanda əksər kardinalların heykəli açıq olsa da, erməni katolikosu Qriqoriyanın heykəli arxa hissədədir. Bunun səbəbi odur ki, ermənilər bu regionda daima türklərə xəyanət edib və bu fəaliyyət zamanında Vatikan üçün də münasib olub. Odur ki, bütün kardinallar Vatikana əsas qapıdan giriş yapsalar da, erməni katalikosları adətən gecə vaxtı və arxa qapıdan Papanın sarayına daxil olaraq təlimatlar alıblar.

İtaliya da saxta genosidi tanıyan dövlətlər siyahısında yer alır. Bu ölkədə 2 mindən çox erməni yaşayır.

İsveçrədə cəmi 3 min erməni məskunlaşıb. Amma buna baxmayaraq bu ölkə də “soyqırımı” tanımaq niyyətini gizlətməyib.

Argentinada yaşayan ermənilərin sayı isə 130 mindən az deyil. Bu ölkə də saxta erməni genosidini tanımaqla tarixi hadisələri siyasi müstəviyə daşıyıb.

Hollandiyada 3 min erməni yaşayır. Bu dövlət siyasi məsələlərdə dünya və Avropa çapında hiss olunmasa da, saxta genosidi tanımaqdan imtina etməyib.

Venesuela da “soyqırımı” tanımaqla burada yaşayan 2500 erməniyə “xidmət”ini göstərib.

Azərbaycanla son illər müsbət əlaqələrə malik olan Polşada 100 minə yaxın erməni yaşayır. Rəsmi Varşava da “soyqırımı” tanıyan qərarı ilə erməniyə dəstək maşası rolunu oynayıb.

Litvada yaşayan ermənilərin sayı 2500 nəfərdən çox deyil. Baxmayaraq ki, Azərbaycanda hər zaman Pribaltika dövlətlərinə müsbət münasibət olub, lakin Litva saxta “erməni soyqırımı”nı tanımaqla ona olan pozitiv münasibətimizi puç edib.

Çilidə yaşayan ermənilərin ümumi sayı min nəfərdir. Ancaq bu ölkə də erməni dəstəkçisi rolundan imtina etməyərək olmayan “soyqırımı” olmuş faciə kimi qiymətləndirib.

İsveç də “soyqırımı” qəbul etməklə öz ərazisində yaşayan 3 min ermənini sevindirib.

Avstriyada da təxminən 3 min erməni yaşayır. Və Vyana erməni “soyqırımı”nı tanımaqla milyonlarla türkü məyus edib.

Lüksenburqda cəmi 6 erməni yaşayır. Amma bu ölkədə erməni yaşamasaydı da, siyasi mülahizələri əsas götürərək saxta “soyqırımı” tanımaqdan imtina etməzdi.

Braziliyada 20 min erməni yaşayır. Bu ölkə saxta “soyqırımı” rəsmən qəbul edib.

Və nəhayət, 40 min erməni vətəndaşı olan Almaniya da aprelin 2-də saxta “soyqırımı” tanımaqla bağlı qətnamə qəbul edib.

Yeri gəlmişkən, bəzi iddialara görə, saxta “erməni soyqırımı”nı bu dövlətlər ona görə tanıyıblar ki, burada erməni diasporu həddən ziyadə güclüdür və siyasi elitalara təsir göstərərək istəklərinə nail ola bilirlər.

Ancaq Teleqraf.com qeyd edir ki, Almaniyada 40 min erməni yaşadığı halda iki milyondan çox türk yaşayır.
Eləcə də 6 erməni vətəndaşı olan Lüksenburqda 450-dən çox türk yaşayır. Elə qonşu Rusiyada yaşayan türk mənşəli xalqların sayı bir neçə milyonlarla ölçülür.

Bu faktlar bir daha təsdiq edir ki, “erməni diasporunun güclü olması və bu səbəbdən də saxta soyqırımın bu ölkələr tərəfindən tanınması” yanaşması kökündən yanlışdır. Baş verənlərə daha çox xristian təəssübkeşliyi, türk-müsəlman kökənliləri zəiflətmək və Türkiyəyə ciddi pressinqlər etməkdir.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər