Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, Bədavi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. O, DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.