5 Sentyabr 2016 22:44
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rio-de-Janeyroda Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Rio Paralimpiya Yay Oyunları sentyabrın 7-də başlayacaq.


Müəllif: