5 Sentyabr 2016 23:40
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted” futbol klubunun rəhbərliyi matçlardan sonra oyunçulara futbol maykalarını rəqiblərlə dəyişməyə qadağa qoyub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qərar idman geyiminin istehsalında maliyyə vəsaitinə qənaət etmək məqsədi daşıyır.

Qeyd edək ki, sponsor müqaviləsinə əsasən “Mançester Yunayted” ildə “Adidas” şirkətindən 75 milyon funt sterlinq alır. Həmçinin klub “Forbes” jurnalının versiyasına görə, dünyanın ən zəngin klublarından biridir.


Müəllif:

Oxşar xəbərlər