15 Sentyabr 2016 16:24
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqası turnirinin qrup mərhələsində Ağdamın “Qarabağ” futbol klubu bu gün ilk oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, “Qarabağ” komandası “Dalğa Arena”da Çexiyanın “Slovan” klubu qəbul edəcək.

Matçın baş hakimi isveçrəli Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Jean-Yves kömək edəcəklər. Alain Bieri və Saşa Amhof əlavə köməkçi hakimlər olacaq. Dördüncü hakim funksiyasını Johannes Vogel yerinə yetirəcək.

Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.

“Qarabağ”-“Slovan” matçı saat 19:00-da start götürəcək.


Müəllif:

Oxşar xəbərlər