24 Sentyabr 2016 19:57
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Teleqraf.com-un məlumatına görə, çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışıb.

Azərbaycan pəhləvanları günü 2 gümüş medalla tamamlayıb.

80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov finalda almaniyalı, 85 kq çəkidəki İslam Abbasov isə rusiyadan Yevgeni Saleyevə minimal fərqlə uduzub.

Beləliklə, hərbçilərin dünya çempionatında Azərbaycanı təmsil edən 14 güləşçidən 9-u 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıb.


Müəllif:

Oxşar xəbərlər