8 Oktyabr 2016 10:49
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda kempo full və kempo submission idman növü üzrə Avrasiya çempionatı keçiriləcək.

Azərbaycan Kempo Federasiyasının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, çempionatda Avropa və Asiyadan olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə Bakıda təşkil olunacaq.

Avrasiya çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.//Azərtac


Müəllif: