"Barselona"nın futbolçusu Arda Turan La Liqanın 9-cu turunda "Valensiya"ya qarşı oynamayacaq.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb türk yarımmüdafiəçinin dirsəyindən zədələnməsidir.
Onun adı sözügedən oyun üçün heyətə daxil edilməyib.
Qeyd edək ki, "Valensiya" - "Barselona" görüşü sabah keçiriləcək.