27 Oktyabr 2016 18:29
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda yeniyetmələr arasında Bakı birinciliyi keçirilib.

Teleqraf.com xəbər verir ki, yarışda qızlar arasında şpaqa növü üzrə Azərin İdriszadə, sablyada isə Aysel Əhədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanlar arasında şpaqa yarışlarında Barat Quliyev, sablyada isə Tuqay Zeynallı qızıl medala sahib olublar.

Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.


Müəllif:

Oxşar xəbərlər