"Barselona"nın futbolçusu Lionel Messi üçün "Sevilya"ya qarşı La Liqanın 11-ci turunda keçirilən oyun əlamətdar olub.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşün 43-cü dəqiqəsində fərqlənən argentinalı hücumçu Kataloniya klubunda 500-cü qolunu vurub. O, bu qollardan 469-nu 545 rəsmi oyunda, 31-ni isə 47 yoldaşlıq görüşündə vurub.
Qeyd edək ki, "Seviya" - "Barselona" matçı 2-cilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.