DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Albaniya - İsrail oyununun yeri dəyişdirilib.
Qol.az-ın “Panorama”ya istinadən yaydığı xəbərə görə, buna terror təhlükəsi səbəb olub.
Qarşılaşma noyabrın 12-də Şkoder şəhərində oynanılmalıydı. Dəyişiklikdən sonra sözügedən matç Elbasanedəki “Ruici Bijuta” stadiona keçirilib.
Albaniya kəşfiyyatı Mossaddan olan həmkarlarının məlumatına əsasən artıq Şkoder şəhərində 4 nəfəri həbs edib. Adı açıqlanmayan şəxslər oyun zamanı stadionda partlayış törətməyi planlaşdırıblar.