24 Noyabr 2016 12:34
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" futbol klubu ikigünlük istirahəti başa vurub. Komanda artıq "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.

“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.

Qeyd edək ki, Premyer Liqanın 13-cü turunda "Sumqayıt" AZAL ilə qarşılaşacaq. Oyun noyabrın 27-də “AZAL Arena” stadionunda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər