İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin futbolçusu Fernandinyonun cəzasının ləğvi ilə bağlı etirazını rədd edib.
Teleqraf.com-un BBC-yə istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçuya verilən 4 matçlıq cəza qüvvədə qalıb.
Qeyd edək ki, Fernandinyo bu mövsüm ikinci dəfə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.