İngiltərə Federasiya kubokunda daha 5 oyun keçirilib.
Teleqraf.com xəbər verir ki, “Çelsi” evdə “Piterboro”nu 4:1 hesabıyla məğlub edərək növbəti mərhələyə adlayıb. Oyunda “zadəganlar”ın qollarına Pedro Rodriqes (2), Mişi Batşuayi və Vilian imza atıblar. London klubu oyunun 67-ci dəqiqəsində meydanda azlıqda qalıb. Ancaq kapitan Con Terrinin qırmızı vərəqə alması “zadəganlar”ın qələbəsinə mane olmayıb.
Premyer Liqanın liderlərindən daha biri “Liverpul” isə evdə 2-ci liqa təmsilçisi “Plimot”un müqavimətini qıra bilməyib - 0:0. 1/16 finala vəsiqənin sahibini müəyyənləşdirmək üçün bu komandalar arasında cavab oyunu keçiriləcək.
“Tottenhem” isə Ben Deyvis və Son Honq-Minin qollarıyla “Aston Villa”nı mübarizədən kənarlaşdırıb.
İngiltərə Federasiya kuboku, 1/32 final
8 yanvar
Kardiff Siti - Fulhem 1:2
Liverpul - Plimot 0:0
Çelsi - Piterboro 4:1
Midlsbro - Şeffild Uensdey 3:0
Tottenhem - Aston Villa 2:0