7 İyul 2014 15:24
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar arasında qaydasız döyüşlər üzrə dünya çempionatında qəribə hadisə baş verib.



UFC Qadınlar Çempionatında ABŞ-dan olan boksçu Ronda Rousey kanadalı rəqibi Aleksis Davislə qarşılaşıb. Qarşılaşma ilk baxışdan adi bir yarışmaya bənzəsə də bir neçə saniyədən sonra vəziyyət tamam dəyişib.

Belə ki, Ronda Rousey bir anda rəqibinin üzərinə şığıyaraq onu çətin vəziyyətə salıb. Qarşılaşmanın 16-cı saniyəsində ABŞ-dan olan boksçu kanadalı həmkarını nokauta salıb.

Ronda Rouseyin bu qələbəsi onun tərəfdarları tərəfindən böyük sevinclə qarşılanıb.

/ans press/


Müəllif: