Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, C qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki. komandamız ilk görüşdə Litvaya 1:2 hesabı ilə uduzub.
Əlavə edək ki, Azərbaycan millisi qrupda son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək.
11 yanvar
13:00. Qazaxıstan - Azərbaycan - 2:2
Qollar: Dinmuxammed Kaşken, 18-pen (1:0), Rafael Məhərrəmli, 45+2 (1:1), Danil Kuznetsov, 53 (2:1), Fərid Nəbiyev, 82 (2:2)