"Barselona"nın futbolçusu Rafinya Alkantara İspaniya kubokunun 1/4 finalında "Real Sosyedad"la ilk oyunu buraxacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sözügedən qarşılaşmada oynamayacaq. Onun nə zaman yaşıl meydanları qayıdacağı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, Rafinya bu mövsüm 11 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.