Rumıniyadan olan hakimlərin Antalyada və Kiprdə idarə etdikləri danışılmış futbol matçları ilə bağlı yerli mətbuatda maraqlı fakt işıqlandırılıb.
Teleqraf.com verir ki, 5 il öncə Antalyada “Xəzər Lənkəran”ın da oyununu idarə etmiş hakimlər barədə Rumıniya polisi təhqiqata başlayıb. Rumın mətbuatı yazır ki, hakimlər mütəşəkkil şəkildə oyunların taleyini həll ediblər.
“Xəzər Lənkəran”ın oyununu idarə etmiş Septimiu Burtesku və Dan Petrenin cinayətkar dəstənin başçıları olduqları deyilir.