"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis ilk olaraq matç haqda danışıb.
- "Qəbələ"ni təbrik edirəm Maraqlı oyun oldu. Futbolçu və azarkeşlərdən razı qaldım. Daha ağır oyunlar irəlidədir Belə oyunlar tez-tez olmalıdır. Bu halda futbolumuz və futbolçularımız daha yaxşı inkişaf edər.
- İlk qolla bağlı nə deyə bilərsiniz?
- Bu qol bizim "İnter"lə oyundakı epizoda oxşadı. Baş hakim Fariz Yusifov köməkçisindən soruşdu. Bu epizoda görə hakimlərə "5" düşür. Fariz elə bilirdi ki, ofsayddan vurulub. Köməkçisi elə bir halın olmadığını dedikdən sonra qolu qeydə aldı.
- Komandada problemlər nədir?
- Bizdə hər şey qaydasındadır. Futbolçular neçə vaxtdır birgədirlər. 11 futbolçunun səhv etməməsi mümkün deyil. Futbolçuların bundan sonra daha ciddi olacağını düşünürəm. Əfsuslar olsun ki, bəzi fikirlər bizi tanıyanlar tərəfindən səsləndirilir. Bu da bizə təsir edir. İçəridən fikirlər səsləndirmək bizə çatmır. Həqiqətən şadam ki, Rəşad Sadıqov kimi dostum var.
- Son vaxtlar "Qarabağ" ətrafında söz-söhbətlər oyuna nə dərəcədə təsir göstərdi?
- Nə qədər ki, mən burdayam, danışılmış oyun söhbətləri olmayacaq. Biz belə hallardan uzağıq Çempion olmaya da, uduza da bilərik. Amma heç bir danışığa getməməyimiz hər kəsə bəllidir.
- Buna qara piar deyərdiniz?
- Yox, belə deməzdim. Mənim üçün təxribat deyil. Futbolçulara təsir edə bilər. Amma mən sizinlə necə danışıramsa, onlara da eyni sözləri deyirəm 12-ci oyunçu hər ikimizdə var idi. Biz azarkeş üstünlüyü hiss etmədik. Bütün məğlubiyyətlərdə günahı özümdə görürəm. Başda mən, sonra futbolçular günahkardır. Amma günahımızı açıqlamaq istəmirəm. Öz aramızda təhlil edib müəyyənləşdiririk.
/Qol.az/