Rusiyanı təmsil edən erməni döyüşçü Vartan Asatryan MMA üzrə 59-cu beynəlxalq "Fight Nights Global” turnirində separatçı davranışa yol verib.
Qol.az-ın məlumatına görə, xoşgəlməz olay Rusiyanın paytaxtı Moskvadakı "Ximki Arena”da erməni idmançının Azərbaycanın "TT Fight Club”un üzvü Elnar İbrahimovla döyüşü zamanı baş verib.
Döyüşün başa çatmasına 55 saniyə qalmış V.Asatryan texniki nokautla qalib gəlib və qələbəsini Dağlıq Qarabağın separatçı rejiminin bayrağını açmaqla qeyd edib.
Yarışda iştirak edən Azərbaycan nümayəndə heyəti hələlik xaricdə olduğundan onların bu məsələyə necə münasibət göstərdiyini öyrənmək mümkün olmayıb.