İspaniya Futbol Federasiyası "Barselona" klubunun müdafiəçisi Jerar Pikeni cərimələyib.
Teleqaf.com İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun hakimləri tənqid edən açıqlamalar verməsidir.
Qeyd edək ki, 30 yaşlı futbolçu 3 min avro məbləğində cərimə ödəyəcək.