30 Mart 2017 20:14
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin görüşləri keçirilir.

Teleqraf.com-un məlumatına görə, ilk oyun Bakıda "İnter" və "Qəbələ" klubları arasında baş tutub.

Matça qonaqlar fəal başlayıblar - 15-ci dəqiqədə Daniel Subotiç penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin 3 dəqiqə sonra Adrian Skarlatake hesaba tarazlıq gətirib.

48-ci dəqiqədə D.Subotiç dubla imza atıb. Oyunun 88-ci dəqiqəsində isə Filip Ozobiç "Qəbələ"ni finala bir addım yaxınlaşdırıb - 1:3.

Yarımfinal digər oyununda "Neftçi" "Qarabağ"la qarşılaşacaq.


Müəllif:

Oxşar xəbərlər