Futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, matç millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yoldaşlıq oyununu FİFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə edib. Üçüncü hakim funksiyasını Hikmət Qafarlı yerinə yetirib.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən oyunda millimiz 6:1 hesabı ilə qələbə qazanıb.
30 mart
Yoxlama oyunu
18:30. Azərbaycan - Moldova - 3:2