22 May 2017 22:42
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uzun müddətdir çempion ola bilmirdik. Bu günü səbirsizliklə gözləyirdik".

Bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo La Liqanın sonuncu turunda "Malaqa" üzərində qələbə qazanaraq çempion olduqları matçdan (2:0) sonra deyib. O, çempionluğu belə şərh edib:

"Möhtəşəm mövsüm keçirdik. Demək olar ki, son illərin ən yaxşı komandasıyıq. Düşünürəm ki, uğurumuzda baş məşqçimiz Zinəddin Zidanın rolu böyükdür. O, az oynayan futbolçulara da şans verməklə əla komanda yaradıb. Şəxsi oyunuma gəlincə, mövsümün sonunun çətin keçəcəyini bilirdim. Yaxşı hazırlaşdım və son oyunlarda qollarımı sıralamağa başladım".

Portuqaliyalı hücumçu özünü və ailəsini tənqid edənlər haqda da danışıb: "Heç vaxt televizora baxmıram. Baxsam, karyeram məhv olar. Bilirəm ki, karyeram və ailəm haqda çox danışırlar. Ancaq insanlar Kriştiano haqda düzgün fikirdə deyillər. Futbolla bağlı danışılanlar məni əsəbiləşdirmir. Çünki danışanlar statistikama baxanda susurlar. Ancaq kiminsə şəxsi həyatım barədə danışması doğru deyil. Ailəmdə bir uşağım və anam var. Eşidirəm ki, Kriştianonun ağılsız, qız düşkünü olduğunu deyirlər. Lakin mən belə deyiləm".
/Qol.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər