22 May 2017 22:57
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində möhtəşəm şou nümayiş etdirilib.

Teleqraf.com-un məlumatına görə, "Qarabağ" şikəstəsi altında səhnədə Günəş qalxıb və səhnə üzərində hərəkət edib.

Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilib. Günəşin şüası aşağıda tamaşaya start verib. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırıb Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənəib. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçacaq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradıb.

Gülarə Əliyeva “Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görünüb. İnsanlar çərpələng və hava şarları ilə oynayıblar. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçıblar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlib. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib. Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxacaq. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılıb.

Natiq Şirinovun “Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxıb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdırıb. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradıblarr. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilib. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edib, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıblar. Stadionun damında isə atəşfəşanlıq başlayıb. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin “Yeni Gün” mahnısı dinlənilib.


Müəllif: Teleqraf.com FOTO: Elçin MURAD

Oxşar xəbərlər