20 İyul 2014 00:14
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya futbolunun ən görkəmli nümayəndələrindən olan Franz Bekkenbauer millinin kapitanı Filip Lamın yığmadakı karyerasını başa vurmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o Lamın qarşıdakı Avropa və dünya çempionatlarında da oynamağa qadir olduğunu deyib:

"Lamın yığmadakı karyerasını başa vurması üçün hələ tezdir. O, qarşıdakı Avropa və dünya çempionatında da oynaya bilər. Əlbəttə, milli komandada əvəzolunmaz futbolçu yoxdur. Ancaq Lam kimi komandanı arxasınca apara bilən futbolçuya əvəzləyici tapmaq çətin olacaq".


Müəllif: