Teleqraf.com klubun Feysbuk səhifəsinə istinadən verdiyi xəbərə görə, komanda üzvləri 22 yaşlı müdafiəçiyə dəstək olaraq saçlarını kəsdiriblər.
Qeyd edək ki, Y. Alvaresdə 2016-cı ildə xərçəng aşkarlanıb. Həmin vaxt əməliyyat olan futbolçu yenidən yaşıl meydanlara dönsə də, iyun ayında səhhəti yenidən ağırlaşıb. Hazırda Alvaresə kimya terapiyası tətbiq edilir.