Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, qarşılaşmanın birinci hissəsində Ağdam klubunun müdafiəçisi Maksim Medvedev zədələnib.
Zədəsi ciddi olan futbolçu oyunu davam etdirə bilmədiyindən 31-ci dəqiqədə əvəzlənməli olub. Maksimin yerinə meydana polşalı Yakub Jezniçak daxil olub. Hansı ki, Moldova klubu ilə Bakıdakı oyunda polşalı müdafiəçi 24-cü dəqiqədə zədə səbəbindən yerini Elvin Yunuszadəyə verməli olmuşdu.
Qeyd edək ki, Bakıdakı oyun 0:0 hesabıyla başa çatsa da, “Qarabağ” səfərdə bu rəqibinə 2:1 hesabıyla qalib gələrək, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb.