Böyük Britaniyanın “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç komandanın fanatlarından hücumçu Alvaro Morata ilə bağlı təhqiramiz nəğmə oxumalarını dayandırmağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, həmin nəğmədə futbolçunun yəhudiləri sevmədiyi barədə sözlər var. İngiliscə “Alvaro, oh, Alvaro, oh. He came from Real Madrid, he hates the jewishing yids” oxunan nəğmə dilimizə “Alvaro, oh, Alvaro, oh. Sən “Real Madrid”dən gəlmisən və yəhudilərə nifrət edirsən” kimi tərcümə olunur.
Güman olunur ki, “Çelsi”nin fanatları bu nəğmə ilə ənənəvi olaraq çoxlu yəhudinin azarkeşlik etdiyi və bu səbəbdən “yəhudi klubu” adlandırılan “Tottenhem”in hissləri ilə oynamağa cəhd edirlər.
“The Teleqraf” yazır ki, əgər futbolçu ilə bağlı bu çağırışı klubun rəhbərliyinə daxil olan şəxslərin, yaxud fanatların etdikləri təsdiqini tapsa, “Çelsi” barədə çox ciddi ölçü götürüləcək, o cümlədən bu çağırışı edənlərin komandanın matçlarına girişinə qadağa qoyulacaq.