"Real"ın futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisinə çağırılmayıb.
Teleqraf.com xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş 32 yaşlı hücumçuya istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, Portuqaliya noyabrın 10-u Səudiyyə Ərəbistanı, noyabrın 14-ü ABŞ-la yoxlama görüşü keçirəcək.