Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində “Qarabağ” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib.
Baş hakim Ramil Diniyevin idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb.
Fasilədən sonra təzyiqi artıran meydan sahibləri görüşün 58-ci dəqiqəsində Əfran İsmayılovun vurduğu qolla hesabı açıblar. İkinci hissənin sonlarına yaxın “Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 81-ci dəqiqəsində Pedro Enrike fərqlənib.
Beləliklə, oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda dörddəbir finala yüksəlib.