Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” klubu qış fasiləsini Türkiyənin Bələk şəhərində keçirəcək.
Teleqraf.com xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt”la Maxaçqalanın “Anji” klubu arasında yoldaşlıq görüşü baş tutacaq.
Bu məlumat “Anji”nin rəsmi saytında yerləşdirilib. Oyun yanvarın 22-də keçiriləcək.