İqor Tudorla yollarını ayıran Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Teleqraf.com xəbər verir ki, bu, Fatih Terimdir.
İstanbul təmsilçisi “İmperator”la danışıqlara başladığını rəsmən açıqlayıb.
Təcrübəli mütəxəssisin özü də şəxsi “twitter” səhifəsində “Qalatasaray”ı işarələyərək “harda qalmışıdıq?” deyə paylaşım edib.