3 Yanvar 2018 01:59
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Roma” klubunda 2017-ci ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, paytaxt klubunun azarkeşləri arasında təşkil olunan sorğu nəticəsində türkiyəli futbolçu Cengiz Ündәr ən yaxşı seçilib. “Canavarlar”ın rəsmi saytının yaydığı məlumata görə, respondentlərin 85 faizi məhz Türkiyə yığmasının üzvünü seçib.

İkinci yeri tutan Lorenso Pelleqrini səslərin 7 faizini toplayıb. Emerson Palmieri 6 faiz səslə üçüncü, Jerson isə 3 faiz səslə sonuncu olub.

Mövsümün əvvəlində “Başakşəhər”dən “Roma”ya transfer olan Cengiz Ündәr indiyə qədər paytaxt təmsilçisinin heyətində 12 rəsmi matça çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər