25 Yanvar 2018 01:12
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşıb.

Teleqraf.com-un məlumatına görə, təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə başa çatıb.

Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnirin lideri Aniş Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb. Hər üç qrossmeysterin hesabında 7 xal var.

Azərbaycan təmsilçisi yanvarın 26-da 11-ci turda Karlsen Maqnusla görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər