5 Avqust 2014 19:13
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb

Teleqraf.com-un Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz finala yüksəlib.

50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni, ardınca Koreya və Qazaxıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ukrayna təmsilçisi olacaq.

60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olacaq.

96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə qarşılaşacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

50 kq
1/8 final - İbrahim Nurullayev - Slavik Qalstyan (ARM) 8:0
1/4 final - İbrahim Nurullayev - Kim Juhyeon (KOR) 7:0
1/2 final - İbrahim Nurullayev - Kanaqat Akilbek (KAZ) 11:2
FİNAL - Oleksey Jabskiy (UKR) - İbrahim Nurullayev

60 kq
1/16 final - Elman Muxtarov - Kali Sulaymanov (KGZ) 10:2
1/8 final - Elman Muxtarov - Yahor Beliak (BLR) 7:1
1/4 final - Lauri Mahonen (FİN) - Elman Muxtarov 0:9
1/2 final - Yacin Ozay (FRA) - Elman Muxtarov 2:8
FİNAL - Elman Muxtarov - Karen Aslayan (ARM)

74 kq
1/16 final - Sənan Əlimirzəyev - Gela Bolkvadze (GEO) 1:2

96 kq
1/16 final - Abudurexiti Alimujiang (CHN) - Orxan Nuriyev 0:4
1/8 final - Orxan Nuriyev - Aleksander Kroczak (POL) 9:1
1/4 final - Orxan Nuriyev - Yevgeni Gançev (BUL) 4:0
1/2 final - Feliks Baldauf (NOR) - Orxan Nuriyev 4:8
FİNAL - Kim Seungjun (KOR) - Orxan Nuriyev


Müəllif: